dinamik xarakterstika

ру динамическая характеристика en dynamic characteristics de Arbeitskennlinie fr caractéristique dynamique es característica dinámica it caratteristica dinamica
diflüoretan
dinamik özlülük
OBASTAN VİKİ
Dinamik IP
Telefon ilə internetə girən userlərin IP adresləri çox vaxt dinamik-tir, yəni servis provayder — de həmin anda boş olan bir IP adresini internetə girən kompüterlərə verər. Buna görə də hər internetə girəndə IP adreslərinin bir bölümü dəyişər. Dinamik IP adresleri, zaman içində dəyişir: Bağlantı qopartılıp yenidən bağlandığında dəyişər, Periyodik olarak (misal her axşam saat 00:00'da) dəyişəbilər, Yük altında vəya yüksüz durumda dəyişəbilər vs. Dinamik IP adresi olduğu halda kompüterini server kimi işlətmək isteyenler NO-IP kimi pulsuz olan servisleri istifadə edəbilərlər. Bu cür xidmətlər normal DNS'e görə daha yavaş olsa da (dinamik DNS'te önbellekleme edilməz) az ziyaret ediləcək saytlar üçün uyğundur.
Dinamik manqalar
Dinamik manqa— Avtomatik idarəetmə nəzəriyyəsinə aid anlayışdır. Funksional təyinatlarından, konstruktiv quruluşlarından, mürəkkəbliyindən, fiziki təbiətindən asılı olmayaraq dinamiki sistemləri elementar manqaların (bəndlərin) vəhdədi şəklində göstərmək olar. Belə manqalar eyni tipli riyazi modellərlə yazıldığından tipik manqalar da adlanırlar. Tipik manqalar birinci və ikinci tərtibli diferensial tənliklərlə yazılırlar. Tipik manqaları aşağıdakı qruplara ayırmaq olar: Sadə manqalar: gücləndirici (ətalətsiz), inteqrallayıcı və diferensiallayıcı; Bir tərtibli manqalar: aperiodik, ətalətli – diferensiallayıcı, izodrom və s. İki tərtibli manqalar: ətalətli-inteqrallayıcı, aperiodik, rəqsi, konservativ və s. Praktikada ən geniş yayılmış manqalardan biri də aperiodik (ətalətli, və ya birtutumlu ətalətli) manqadır. Bu manqanın giriş və çıxış dəyişənləri arasında əlaqə aşağıdakı diferensial tənliklə ifadə olunur: T y ˙ ( t ) + y ( t ) = k x ( t ) {\displaystyle T{\dot {y}}(t)+y(t)=kx(t)} Burada T — manqanın zaman sabiti, k- gücləndirmə əmsalıdır. Manqanın zaman sabiti elə bir zaman müddətdir ki, əgər y(t) çıxış kəmiyyəti ilk anda aldığı dy(t)/dt, t=0 , y(t) əyrisinə sıfır nöqtəsində çəkilmiş toxunanın bucaq əmsalının qiyməti) sürəti ilə dəyişməkdə davam etsə idi, onda o öz y(∞)=ku qərarlaşma qiymətinə T müddətindən sonra çatardı. Həqiqətdə isə, y(y)-nin dəyişmə sürəti azaldığından o, halında T müddətinə öz qərarlaşma qiymətinin yalnız 63,2%-ni alır.
Dinamik proqramlaşdırma dili
Dinamik proqramlaşdırma dili (ing. dynamic programming language, rus. динамический язык программирования)— statik proqramlaşdırma dillərinin kompilyasiya müddətində yerinə yetirdiyi bir sıra ümumi proqramlaşdırma hərəkətlərini proqramın icra müddətində (RUNTIME) yerinə yetirən yüksək səviyyəli proqramlaşdırma dilləri sinfi. Belə hərəkətlərə proqrama yeni kod əlavə etməklə, obyektləri və təyinləri (DEFINITIONS) artırmaqla onun genişləndirilməsi, yaxud tiplər sistemini dəyişdirilməsi aid ola bilər. Belə hərəkətləri, demək olar ki, yetərincə mürəkkəblikli istənilən dildə emulyasiya etmək mümkündür, ancaq dinamik dillər istifadə üçün birbaşa alətlər təqdim edirlər. Bu funksiyaların çoxu ilk dəfə Lisp proqramlaşdırma dilində gerçəkləşdirilib. Dinamik proqramlaşdırma dillərinə aid olan dillər: Perl Tcl Python PHP Ruby Smalltalk JavaScript Visual Basic də bəzi dinamik xüsusiyyətlərə malikdir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dinamik stoxastik ümumi tarazlıq
Dinamik stoxastik ümumi tarazlıq, DSÜT (ing. Dynamic stochastic general equilibrium, DSGE) tətbiq olunan tarazlıq nəzəriyyəsi və mikroiqtisadi prinsiplərə əsaslanan ekonometrik modellərdən istifadə edərək iqtisadi böyümə və iş dövrləri kimi iqtisadi hadisələri, habelə iqtisadi siyasətin təsirlərini izah etməyə çalışan makroiqtisadiyyat metodudur. Praktikada insanlar tez-tez müəyyən bir ekonometrik, kəmiyyət iş dövrü və ya real iş dövrü (DSÜT) modelləri adlanan iqtisadi böyümə modellərinə istinad etmək üçün "DSÜT modelləri" ifadəsini istifadə edirlər. Klassik kəmiyyət DSÜT modelləri Kydland & Prescott, və Long & Plosser tərəfindən təklif olunan modellərdir. Çarlz Plosser DSÜT modellərinin RBC modellərinin "yüksəldilməsi" olduğunu bildirdi. Çarlz Plosserə görə DSÜT mödellər RBC modellərin "yenilənmiş" halıdır. Adından da göründüyü kimi DSÜT modelləri dinamik (iqtisadiyyatın zamanla necə inkişaf etdiyini öyrənən), stoxastik (iqtisadiyyatın təsadüfi şoklardan təsirləndiyini nəzərə alaraq), ümumi (bütün iqtisadiyyata istinad edərək) və tarazlıqdır (Valrasiyanın ümumi tarazlıq nəzəriyyəsinə abunədir) Erkən real iş dövrü modelləri yüksək rəqabətli bazarlarda fəaliyyət göstərən bir təmsilçi istehlakçının yerləşdiyi bir iqtisadiyyatı postula etdi. Bu modellərdə yeganə qeyri-müəyyənlik mənbələri texnologiyalardakı "şoklar" dır. RBC nəzəriyyəsi iqtisadiyyatda baş verən real zərbələrin iş dövrü dalğalanmalarına necə səbəb ola biləcəyini öyrənmək üçün çevik qiymətlər götürdüyü neoklassik böyümə modelinə əsaslanır. "Təmsilçi istehlakçı" fərziyyəsi sözün əsl mənasında qəbul edilə bilər və ya Gormanın fərqli gəlir şokları ilə qarşılaşan və bütün varlıqlar üçün bazarlarla təchiz edilmiş fərqli istehlakçılarının toplusu ola bilər.